RU

Göygöldə çayda 77 yaşlı qadının meyiti tapılıb - FOTO - YENİLƏNİB-1

Göygöldə çayda tapılan meyitin kimliyi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-ya bildirib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində həmin şəxsin Gəncə şəhər sakini, 1947-ci il təvəllüdlü, Ruhi-Əsəb Dispanserində qeydiyyatda olan Şərqiyyə Məmmədova olması müəyyən edilib.

Ekspertizanın rəyinə əsasən Ş. Məmmədova ürək tutmasından dünyasını dəyişib.

***

21 oktyabr, 21.41

Göygöl Rayon Polis Şöbəsinə Gəncə Çayının rayon ərazisindən keçən hissəsində qadın meyiti olması barədə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-ya bildirib.

Onun sözlərinə görə polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Hələlik şəxsiyyəti müəyyən edilməyən meyit müvafiq ekspertizaya təqdim edilib.

Üzərində zorakılıq əlamətləri aşkarlanmayan meyitin kimliyinin müəyyən edilmısi istiqamətində tədbirlər davam etdirilir.


***

21:32

Göygöldə çayda meyit tapılıb.

APA-nın yerli bürosunun məlumatına görə, Gəncə çayının Göygöl rayon ərazisindən keçən hissədə orta yaşlı qadın meyiti aşkarlanıb.

Hadisə yerinə huquq mühafizə orqanların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Göygöldə
Избранный
6
7
apa.az

10Источники