RU

"Proseslər iqtisadi artıma nail olmaq baxımından davam etsə, nəinki insan cəmiyyəti, həşəratlar, heyvanlar yer üzündə məhv olacaq"- Sadiq Qurbanov

 

"İnsan nə qədər təbiətə mənfi yanaşsa da, təbiət onu yedirdir, içirdir, resurslarını verir".Missiya.Az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "COP29- Yaşıl Strategiy, İqlim dəyişikliyi və Sosial Elmlər: Çağırışlar, Vəzifələr" mövzusunda keçirilən dəyirmi masada deyib.O qeyd edib ki, nəhayət bu halda insan eqosu elə bir səviyyəyə gəlir ki, o da  texnogen cəmiyyətin yaranmasına gətirib çıxarır."BMT-nin ixtisaslaşmış strukturlarının hesablamalarına görə, əgər  atmosferə tullantılar, istiləşmə və bu proseslər  iqtisadi artıma nail olmaq baxımından eyni qaydada davam etsə 150-200 il sonra nəinki insan cəmiyyəti, o cümlədən həşəratlar, heyvanlar yer üzündə məhv olub gedəcək. Bu çox məyusedici haldır".Leyla SƏMƏNDƏRMissiya.Az

Избранный
15
missiya.az

1Источники