RU

"Bəzi partiya rəhbərləri 20 ildir işləmir, amma ən bahalı maşında gəzirlər"

İşğaldan azad olmuş ərazilərdəki tikinti-quruculuq işləri haqqında qarayaxma ilə məşğul olanlar var. Belə fikirlərlə insanları daha çox sosial şəbəkələrdə çaşdırmasınlar deyə biz öz fikirlərimizi bildirməliyik. ​

Teleqraf.com xəbər verir ki, bunu deputat Siyavuş Novruzov “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanununun layihəsinin müzakirəsi zamanı deyib.

“Bir qrup partiya ümumiyyətlə hesabat vermir. AXCP və başqa bir sıra partiyalar MSK-ya heç bir hesabat vermir. Amma qanunda siyasi partiyaların hesabat verməsi qeyd olunub. Müəyyən partiyaların rəhbərləri 19-20 ildir ki, işləmir. Bəs bunlar hansı vəsaitlə yaşayırlar? Ən bahalı maşında gəzirlər. Əgər şəffaflıqdan danışırıqsa, bu məsələlərə ciddi nəzarət olunmalıdır. Qanun layihəsini bir az da sərtləşdirmək lazımdır”.


Müəllif: Şəbnəm Zahir
Избранный
5
6
teleqraf.com

7Источники