RU

Bakıda əsas yollar bağlanıb-Tunelləri su basıb-Video-Foto

Paytaxtın Heydər Əliyev prospektində Bağırov körpüsünün altındakı tunelin yağış suları ilə dolması səbəbindən burada nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

XALQ.AZ xəbər verir ki, hazırda prospektin əsas hissəsinə nəqliyyat vasitələri buraxılmır. Bu da prospektə çıxan küçələrdə və digər yollarda nəqliyyat sıxlığına gətirib çıxarıb.

Hazırda Bağırov körpüsünün alt hissəsindəki tuneldə Fövqəladə Hallar Nazirliyi tərəfindən işlər davam etdirilir.

Sözügedən tuneldə maşının su altında qalmasını əks etdirən videonu təqdim edirik:

 

 

*****

Bakıda ötən gün səhər saatlarında başlayan yağıntıların normadan artıq olması xüsusilə tunellərdə hərəkəti çətinləşdirib. 

Sosial şəbəkələrdə yayılan iddialara görə, Sabunçu ərazisindəki tuneldə minik avtomobillərinin qalması nəticəsində batan var.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, qeyd olunan məlumatla əlaqədar nazirliyin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb edilib. 

Nazirlikdən əlavə məlumat veriləcəyi də qeyd olunub.

 

*****

Sabunçu rayonu ərazisində tuneli su basıb.

Həmin görüntüləri təqdim edirik:

Избранный
18
14
xalq.az

10Источники