RU

“Qarabağ” – “Ayaks” matçının hakimləri açıqlandı

Avropa Liqasının “Qarabağ” - "Ayaks” görüşünün hakimləri açıqlanıb.

Sportal.az xəbər verir ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin 3-cü tur oyununu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim FİFA referisi Nikolas Uolş olacaq. Ona Grime Stuart və Kalum Spence köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Kristopher Qraham yerinə yetirəcək.

VAR-da Kevin Klansi, AVAR-da Con Biton əyləşəcəklər.

“Qarabağ” – “Ayaks” matçı oktyabrın 24-də, saat 20:45-də başlayacaq.

saytlarin hazirlanmasi

Избранный
15
sportal.az

1Источники