RU

“Qarabağ” - “Ayaks” oyunu şotlandlara əmanət

“Qarabağ”ın UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda Niderlandın “Ayaks” klubu ilə keçirəcəyi ev oyununun hakimləri açıqlanıb.

İdman.biz xəbər verir ki, UEFA oktyabrın 24-də Bakıda təşkil olunacaq görüşü Şotlandiyadan olan hakimlər briqadasına həvalə edib:

24 oktyabr

“Qarabağ” – “Ayaks”
Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 20:45
Baş hakim: Nicholas Walsh
Baş hakimin köməkçiləri: Graeme Stewart, Calum Spence
Dördüncü hakim: Christopher Graham
VAR: Kevin Clancy
AVAR: John Beaton
(Hakimlər briqadası Şotlandiyadandır)
Hakim-inspektor: Mehmet Murat Ilqaz (Türkiyə)
UEFA nümayəndəsi: Aldi Topçiu (Albaniya)

İdman.biz

Избранный
28
2
idman.biz

4Источники