RU

Deputat: “Wikipedia”da Azərbaycan şəhidləri haqqında məqalələr birdən-birə silinib

23 ildir mövcud olan “Wikipedia”da Azərbaycan şəhidləri haqqında məqalələr birdən-birə silinib.

Ölkə.Az xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

O, həmin məqalələrin platformanın tələblərinə, qaydalarına uyğun şəkildə hazırlanmasını təklif edib:
“Çünki “Wikipedia”nın əsas tələbi məqalələlərin tərəfsiz, neytral fikirlərlə yayımlanmasıdır. Bu sahədə könüllülərin sayı artırılmalı, proqram təminatı yaxşılaşdırılmalı, biliklər dərinləşdirilməlidir. Bu təmin edilərsə, erməni “Wikipedia”çılara bu məsələdə də qalib gələ bilərik”.
Mürtəza
Ölkə.Az

Избранный
3
11
olke.az

10Источники