RU

Qızını öldürmək istəyən ataya ağır cəza verildi

Bakıda qızını öldürməyə cəhd etməkdə təqsirləndirilən Rəfail Cavadovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Oxu24.com ın məlumatına görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Dövlət ittihamçısı Orxan Kəngərli ittiham nitqi ilə çıxış edərək məhkəmədən təqsirləndirilən şəxsin 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Vəkil müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxs son söz deyib.

Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra hökmü elan edib.

Hökmə əsasən təqsirləndirilən şəxs 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin fevralında paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1958-ci il təvəllüdlü Rəfail Cavadov qısqanclıq zəminində qızı Rəna Cavadovanı 5 bıçaq zərbəsi ilə xəsarət yetirib. Rəfail Cavadov hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldurməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Избранный
1
13
oxu24.com

10Источники