RU

NİİM paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb

NİİM

Baki, 22 oktyabr, AZƏRTAC

Hazırda paytaxtın bəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib, bir neçə yolda isə avtomobil sıxlığı müşahidə olunur.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) AZƏRTAC-a verilən məlumata görə, yaranan nəqliyyat sıxlığının aradan qaldırılması məqsədilə Mərkəzin əməkdaşları yol polisi ilə birgə tədbirlər görürlər. Həmin küçə və prospektləri təqdim edirik:

Məhdudiyyət tətbiq edilən yollar:

1. Qara Qarayev prospekti, mərkəz istiqamətində;

2. Heydər Əliyev prospekti, əsas yol, Bakı Olimpiya Stadionunun qarşısından, mərkəz istiqamətində;

3. Ziya Bünyadov prospekti, Heydər Əliyev prospekti istiqamətində;

4. Heydər Əliyev prospekti, əsas yol, Heydər Əliyev Mərkəzinin qarşısı, “Koroğlu” m/st istiqamətində;

5. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Sıxlıq olan yollar:

1. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

2. Babək prospekti, mərkəz istiqamətində;

3. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

5. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

9. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

10. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metrostansiyası istiqamətində.

Избранный
1
49
azertag.az

10Источники