RU

Məşhurlar “Azercell”in tədbirində ədəbiyyatdan danışacaqlar

Azercell “Kitab Klubu” layihəsi çərçivəsində Azərbaycanın ədəbi irsinin təşviqinə töhfə verməyə davam edir.

Şirkət bu təşəbbüs çərçivəsində oktyabr ayının 25-də xüsusi tədbir keçirəcək. Tədbirin qonaqları yazıçı Ceyhun Hidayətli, qiraətçi Xəzər Süleymanlı və ssenarist Azər Aydəmir olacaqlar.

Qonaqlar müasir Azərbaycan ədəbiyyatı, son zamanlar geniş auditoriyanın diqqətini çəkməyə müvəffəq olan “Əqrəb” romanı və kitab əsasında ərsəyə gələn Azərbaycan serialı “Əqrəb mövsümü” haqqında danışacaqlar.

Tədbirdə tanınmış simalarla yanaşı, “Azercell”in “Kitab Klubu”nun üzvləri də iştirak edərək “Bookmate” və “Litres” platformalarında yerləşdirilmiş əsərlərdən parçalar səsləndirəcəklər.

Избранный
2
18
publika.az

10Источники