RU

ANKA III TOLUN ilə hədəfi məhv edib – VİDEO

Türkiyənin TUSAŞ şirkəti tərəfindən inkişaf etdirilən ANKA III pilotsuz döyüş təyyarəsi (PDT) ASELSAN şirkətinin TOLUN miniatür bombası ilə atış həyata keçirib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin müdafiə sənayesi başqanı Haluk Görgün özünün “X” hesabında paylaşım edib.

Bildirilib ki, Konya şəhərinin Karapınar bölgəsində həyata keçirilən sınaq zamanı ANKA III pilotsuz döyüş təyyarəsi 20 min fut yüksəklikdə 180 knot sürətlə uçarkən atdığı TOLUN bombası ilə hədəfi dəqiq şəkildə vurub.

Избранный
12
poliqon.az

1Источники