RU

Zelenskinin "Qələbə planı" reallıqdan uzaqdır: Ukrayna prezidentlərinin kobud səhvləri ölkəni bu duruma saldı

“Volodimir Zelenskinin "Qələbə planı" reallıqdan uzaqdır”.

Bunu Bakıvaxtı.az-a politoloq Əhəd Məmmədli Ukrayna prezidenti Volodimir Zelenskinin Ali Radaya təqdim etdiyi ”Qələbə planı”ndan danışarkən deyib.

Onun sözlərinə görə, Zelenski, demək olar, Qərbin həyata keçirməsi mümkün olmayan tələblər irəli sürür:

"Ukrayna rəhbəri həqiqətən ciddi şərtlərlə çıxış edir. Zelenski birmənalı bəyan edir ki, əgər Qərb plan çərçivəsində nəzərdə tutulanları reallaşdırmazsa, Ukrayna məğlub olacaq. Yaxşı, Ukrayna məğlub olma ərəfəsindədirsə, 2022-ci ildə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Rusiya prezidenti Vladimir Putin Kiyev ətrafından qoşunları geri çəkəndə atəşkəs imzalana bilərdi. Hətta ilkin razılıq da var idi. Sonra Ukrayna Vaşinqton və Londonun tələbi ilə razılığı pozdu. O zaman Ukrayna indiki qədər ərazi itirməmişdi, itkiləri bu qədər deyildi. Əgər Zelenski qələbə üçün Qərbin rəsmən və birmənalı şəkildə Ukraynanın yanında olmasını şərt qoşursa, əks halda qələbəni mümkünsüz sayırsa, vaxtilə Ərdoğanın təşəbbüsünə niyə rədd cavabı verdi? İstanbul açıq meydan idi, Rusiya və Ukrayna xarici işlər nazirləri görüşürdülər. Kiyev bu fürsəti qaçırdı. Türkiyənin vasitəçiliyini ABŞ və Avropanın gözü götürmədi, qısqandılar".

Əhəd Məmmədli: Demokratik seçkilərlə yanaşı, ağıllı siyasətçi, müdrik lider faktoru da önəmlidir

Həmsöhbətimiz indiki şərtlərlə Ukraynanın NATO-ya üzv olacağına inanmır:

“Ukrayna prezidentlərinin kobud səhvləri ölkəni bu vəziyyətə gətirib çıxardı. Özlərini demokrat adlandıran Ukrayna prezidentlərinin xətaları, səhv siyasətləri ölkəni indiki duruma saldı. Demokratik seçkilərlə yanaşı, ağıllı siyasətçi, müdrik lider faktoru da önəmlidir".

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski Ali Radada Rusiya ilə müharibədə ölkəsinin “Qələbə planı”nı təqdim edib. Planın 1-ci müddəası ölkənin dərhal NATO üzvlüyünə dəvət edilməsini nəzərdə tutur. İkinci bənddə isə Ukraynanın müdafiə sənayesi sahəsində istehsalın və Qərb tərəfdaşlarının köməyinin genişləndirilməsi qeyd edilib. Növbəti müddəada isə Ukrayna ərazisində ölkənin Rusiyadan yönələ biləcək istənilən təhlükədən qorunmasını təmin edən qeyri-nüvə xarakterli strateji müdafiə sistemlərinin yerləşdirilməsi əks olunub. Planın 4-cü bəndi neftin qiyməti və Rusiya neftinin idxalının məhdudlaşdırılması ilə bağlıdır. Sənədin sonuncu müddəası müharibədən sonra ölkədə peşəkar hərbçilərdən ibarət ordunun formalaşdırılacağına dair təklifdən ibarətdir.

Aydın Baxış

Избранный
21
bakivaxti.az

1Источники