RU

Putin Cənubi Koreyanın reaksiyasından narahatdır

Putin

Şimali Koreyadan Rusiyaya hərbçilərin gəlməsi barədə məlumatlar yayılıb. Bu səbəbdən Kreml Cənubi Koreyanın Ukraynaya hərbi yardım göstərməklə buna cavab verəcəyindən ehtiyat edir.

Reyting.az
-ın xəbərinə görə, Müharibə Araşdırma İnstitutu (ISW) bildirir ki, Moskva Seulla gərginliyi azaltmağa çalışır.

Rusiya Federasiyası ilə Koreya Xalq Ddemokratik Respublikası (KXDR) arasında əməkdaşlığın artması fonunda Rusiya səfiri Georgi Zinovyev Cənubi Koreya Xarici İşlər Nazirliyinə dəvət edilib. Ruslar bunu diplomatik çağırış deyil, adi könüllü görüş kimi göstərməyə çalışaraq, əlavə ediblər ki, Rusiya Federasiyası ilə KXDR arasında əməkdaşlıq Seulun “təhlükəsizlik maraqlarına qarşı yönəlməyib”.

Kremlin sözçüsü Dmitri Peskov bu əməkdaşlığın digər dövlətlər üçün “narahatlıq yaratmamasına” inandırmağa çalışıb və Şimali Koreya qoşunlarının Rusiyada olması ilə bağlı məlumatı ziddiyyətli adlandırıb.

Analitiklərin fikrincə, Kreml nümayəndələrinin davranışı göstərir ki, Rusiya rəhbərliyi Cənubi Koreyanın Ukraynaya lazımi hərbi dəstək verməsi istiqamətində potensial dönüş perspektivindən çox narahatdır. Bu, Moskvanın Seulla münasibətlərin pisləşməsinin Rusiyanın Asiya-Sakit okean regionunda təhlükəsizlik maraqları üçün fəsadları ilə bağlı narahatlığını göstərir.

“Əvvəllər Rusiya Şimali Koreyadan artan asılılığının nəticələrini yumşaltmaq üçün Seulun rəğbətini qazanmağa çalışırdı”, - deyə ekspertlər əlavə ediblər.

Onu da qeyd edək ki, Cənubi Koreya kəşfiyyatının məlumatlarına görə, KXDR Rusiya ordusuna kömək üçün 12 min əsgər göndərəcək.

KİV-in məlumatına görə, Seul hazırda Ukraynaya Şimali Koreyanın taktikası üzrə kəşfiyyatçıları və ekspertləri göndərməyi düşünür.

E. KAMAL
Избранный
6
reyting.az

1Источники