RU

Ermənistan referenduma getməsə, sülh müqaviləsindən söhbət gedə bilməz

"Azərbaycan prezidenti 2020-ci ildən bu yana Ermənistana sülh müqaviləsinin imzalanmasını təklif edir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Azərbaycanın dövlət başçısı İlham Əliyevə göndərdiyi məktubda sülh müqaviləsinin tezliklə bağlanılması təklif edilib:

"Qısa müddətdə bu müqavilə necə imzalansın? Bunun üçün Ermənistanda referendum keçirilməldiir. Çünki biz müqaviləıni Paşinyanla deyil, Ermənistan xalqı ilə bağlayırıq".

Qeyd edib ki, Azərbaycanın sülh müqaviləsi üçün şərti Ermənistan Konstitusiyasının dəyişdirilməlidir.

"Sülh müqaviləsinin bağlanmasından söhbət gedə bilməz. İlham Əliyevin mövqeyi bu məsələdə Azərbaycan xalqının iradəsinə uyğundur", - deyə Ziyafət Əsgərov qeyd edib.

Mina Mikayılova

Избранный
7
bakivaxti.az

1Источники