RU

COP29 ərəfəsində yerli hotellər üçün dayanıqlılıq təlimləri keçirilir (FOTO)

Bakı. Trend:

Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29qlobal iqlim konfransına hazırlıq çərçivəsində COP29 AzərbaycanƏməliyyat Şirkəti Dövlət Turizm Agentliyi və Azərbaycan HotelAssosiasiyası ilə birgə dayanıqlılıq səriştələrinin artırılmasıistiqamətində müvafiq addımların atılmasını davam etdirir. Belə ki,ölkəmizdə fəaliyyət göstərən hotellər müvafiq təlimlərə cəlbolunub.

COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidmətindənTrend-ə bildirilibki, COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən hazırlanmışDayanıqlılıq Təlimatları əsasında tərtib olunmuş və ƏməliyyatŞirkətinin müvafiq departamentlərinin mütəxəssisləri tərəfindənkeçirilən təlimlər yerli hotel sektorunun dayanıqlılıq sahəsindəpotensialının artırılmasına və beynəlxalq standartlarauyğunlaşdırılmasına yönəlib. Keçirilən təlimlər Bakı, Abşeron vəSumqayıt ərazilərində fəaliyyət göstərən hotelləri əhatə edib.Təlimlərin məqsədi qonaqpərvərlik sektorunda əməliyyatların düzgünicrasına, yerli hotellərin yüksək təhlükəsizlik standartlarına,eləcə də inklüzivlik və müyəssərlik prinsiplərinə uyğunfəaliyyətinin təşkildə dəstəkdir.

Qeyd edək ki, COP29 Azərbaycan Əməliyyat Şirkətinin hotel vəqonaqlama sektoru üzrə hazırladığı Dayanıqlılıq Təlimatları özündəən qabaqcıl beynəlxalq təcrübələri birləşdirir. Bu sənədresursların məsuliyyətli idarə olunmasını təşviq etmək, yerliiqtisadiyyatı dəstəkləmək və inklüzivliyi təmin etmək, bununla damüsbət ekoloji, sosial və iqtisadi nəticələrə nail olmaq kimiməsələləri ehtiva edir. Təlimatda inklüzivliyin təmin olunmasıməqsədilə hotelin girişdən başlamış otaqlar da daxil olmaqla bütüninfrastrukturunun və xidmətlərin bütün qonaqlar üçün müyəssər vəəlçatan olması əsas prioritetlərdən biri kimi qeyd edilir.

Təlimat həmçinin daşınma-nəqliyyat sahəsində karbon emissiyasınıazaltmaq üçün yerli biznes və təchizatçılarla əməkdaşlığı təşviqedir, bu çərçivədə enerji istehlakına qənaət etmək üçün müvafiqinfrastruktur və təcrübələrin tətbiqini tövsiyə edir. Bundan əlavə,müvafiq sənəd karbon ayaq izinin azalması istiqamətində müvafiqtövsiyələr, su kimi qiymətli resursu qorumaq üçün qənaətcil qurğuvə texnoloji innovasiyaların tətbiqini, həmçinin plastik də daxilolmaqla müxtəlif tullantıların yaranmasının minimuma endirilməsinivə təkrar emal prosesində səmərəli idarəetmə sisteminin inkişafınınəzərdə tutur.

COP29
COP29
COP29
COP29
COP29
COP29
COP29
Избранный
13
13
az.trend.az

10Источники