RU

Düpon-Enyan Kiyevə qoşun göndərilməsi ideyasını pislədi: "Ağılsızlıqdır!"

"Ukrayna ərazisinə hərbi qulluqçuların göndərilməsi ilə bağlı bəyanatlar ağılsızlıqdır və bu fikir qlobal münaqişələrlə doludur".

Bunu fransız siyasətçisi, “Ayağa qalx, Fransa” partiyasının rəhbəri Nikola Düpon-Enyan "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Bundan sonra nə olacaq? Növbəti dünya müharibəsinə sürüklənəcəyikmi? Bu ağısızlığı dayandırın!” – deyə o, Ukraynaya hərbçilərin göndərilməsini istisna etməyən ölkənin keçmiş baş naziri Manuel Valsın sözlərinə cavab verib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladı. Amma bu da uğurlu olmadı. Bu il Ukrayna ordusu gözlənilmədən Rusiya ərazisinə daxil olub. Kurskun bir hissəsi zəbt edilib. Lakin son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Избранный
16
news365.az

1Источники