RU

Azərbaycanlı tələbələr iki ölkədə təqaüdlə təhsil alacaq

2024-2025-ci tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində keçirilmiş müsabiqə nəticəsində 2 nəfər Azərbaycan Respublikası (AR) vətəndaşının namizədliyi Rumıniya tərəfindən müsbət qiymətləndirilib.

“Cebheinfo.az” xəbər verir ki, qaliblər HTP çərçivəsində Rumıniyanın “Babes-Bolyai” adlı ali təhsil müəssisəsində iqtisadiyyat və idarəetmə və təbiət elmləri sahələri üzrə magistratura səviyyəsində təhsil alacaqlar.

Bununla yanaşı, ilk dəfə olaraq Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 10 avqust 2018-ci il tarixində imzalanmış protokola uyğun olaraq 2 nəfər AR vətəndaşı Tacikistanda magistratura və doktorantura səviyyələrində tam təqaüdlə təhsil almaq hüququ qazanıb.

Избранный
3
4
cebheinfo.az

5Источники