RU

Dünən axşam və gecə Hacıbalanın (paytaxtın sabiq meri) dövründən qalan mərmər “abidələr” yenidən bakılılara yenidən keçmiş merin “məhsuldar işi”ni xatırlatdı. Paytaxtın bir sıra rayonlarında mərmərlə üzlənmiş və müvafiq drenaj sistemi ilə təchiz olunmayan yeraltı keçidlərlər və tunellər əsl “su anbarlarına” anbarlarına çevrilib.

Ən çox Sabunçu, Bingədi, Nərimanov və bir sıra digər rayon və qəsəbələr zərər çəkib. Leysan yağışlar səbəbindən bəzi  yollarda və tunellərdə suyun səviyyəsi 1,5-2 metrə qədər qalxıb.

Nəticədə onlarla avtomobil keçidlərdə və yollarda ilişib qalıb. Qeyri-rəsmi məlumatlara görə, xəsərət alanlar var.

Fövqəladə Hallar Nazirliyi yağışın davam etməsinə baxmayaraq, tunellərin girişlərini bağlamalı, suyu çəkməli olub.

Yolda qalan vətəndaşlar və avtomobil sürücüləri tərəfindən çəkilmiş videolar yol infrastrukturunu layihələndirən və quranların tam səriştəsizliyini göstərir.

Hacıbala Abutalıbov işin texniki tərəfini düşünməkdənsə, yalnız hər şeyin parıldaması və gözəl görünməsi ilə məşğul olub.

Onu da xatırladaq ki, bir neçə il əvvəl hökumət o vaxtkı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin rəhbərliyi ilə şəhərin kanalizasiya və yol infrastrukturunun vəziyyətinə nəzarət etmək üçün komissiya yaratmışdı. Bu gün paytaxt sakinlərinin bu şəxsləri məsuliyyətə cəlb etmək, habelə bu ölkə hakimiyyətinə “nə oldu sizin komissiyanız?” sualını vermək hüququ var.

Избранный
17
turan.az

1Источники