RU

Harris: “Tramp qalib gəlsə, Putin “Kiyevdə oturacaq”

ABŞ-ın vitse-prezidenti və Demokratlar partiyasından Amerika liderliyinə namizəd Kamala Harris bildirib ki, əgər onun respublikaçı rəqibi Donald Tramp prezident olarsa, Vladimir Putin Kiyevdə oturacaq.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Harris bu sözləri Miçiqan ştatında keçirilən seçki kampaniyasında dilə gətirib.

“O, Ukraynanın suverenliyini pozaraq işğalçı ilə döyüşdə onu təslim olmağa məcbur edəcək”, - Harris bildirib.

Vitse-prezidentin fikrincə, Trampı “tərif və lütfkarlıqla” asanlıqla manipulyasiya etmək mümündür.

Musavat.com

Избранный
11
musavat.com

1Источники