Türkiyə millisinin və ABŞ-ın “Hyuston Rokets” komandasının basketbolçusu Alpərən Şəngün tarixi müqaviləyə imza atacaq.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, 22 yaşlı oyunçu Milli Basketbol Assosiyasiyası (NBA) təmsilçisi ilə 5 illik sözləşmə bağlayacaq və ümumilikdə 185 milyon dollar qazanacaq.
Bu müqavilənin rəsmiləşməsi ilə A.Şəngün Türkiyə tarixində ən çox qazanan idmançı olacaq.
Qeyd edək ki, Alpərən Şengün üç ildir “Hyuston Rokets”in formasını geyinir.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта