RU

Güclü yağış səbəbindən Bakının bəzi əraziləri işıqsız qaldı

Ötən gündən davam edən yağışlı hava şəraiti ilə əlaqədar Bakıda və Abşeron yarımadasının bir çox ərazisində elektrik enerjisinin verilməsində problemlər yaşanıb.

Gundem.az xəbər verir ki, bu barədə Oxu.Az-a sakinlər şikayət ünvanlayıblar.

Qeyd olunub ki, bu gün səhərdən Nizami rayonundakı 172 nömrəli uşaq bağçasında işıq olmaması səbəbindən uşaqlar soyuqda qalmalı olublar.

Bundan əlavə metronun "Xalqlar Dostluğu" stansiyası ətrafındakı bir çox ərazilərdə, o cümlədən Bəhruz Nuriyev küçəsi 23, Mehdiabad qəsəbəsi Nəsimi küçəsi 7 ünvanında və Abşeron rayonu Məmmədli kəndi, Seyid Şuşinski 75 ünvanlarında dünən gecədən elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Məsələ ilə bağlı "Azərişıq" ASC-yə sorğu ünvanladıq.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda adıçəkilən ünvanların hər birində qəza xidməti işləyir.

"Qəza xidməti əməkdaşları ərazidədirlər. Yarım saata elektrik enerjisinin verilməsi təmin olunacaq", - deyə məlumatda bildirilir.

Избранный
6
2
gundem.az

3Источники