Yol-nəqliyyat hadisəsi səbəbilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə 3 nəfər (2-si qadın cinsli, 1-i kişi cinsli olmaqla) hospitalizasiya edilib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlardan 1949-cu il təvəllüdlü şəxs (qadın cinsi) sol əlin arxa səthinin cırılmış yarası, döş qəfəsinin küt travması, qabırğaların çox saylı yerdəyişmiş sınığı, pnevmatoks diaqnozu ilə xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Digər 2 nəfər isə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Məryəm Surxay
***
08.42
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Xəsarət alanlar 42 yaşlı Rauf Rzayev, 45 yaşlı İradə Huseynova və 75 yaşlı Sədaqət Məmmədrzayevdir.
Faktla bağlı araşdırma aparılır.