RU

“Şimali Koreya Rusiyaya 1 milyona qədər hərbçi göndərə bilər” - Hərbi ekspert

“Ukrayna öz hərbi gücünü artırmalıdır, çünki Şimali Koreya Rusiyaya çoxlu sayda canlı qüvvə göndərə bilər”.

Missiya.Az “UNİAN”a istinadən xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert Mixail Pritula məlumat verib.

“Sovet İttifaqı İkinci Dünya Müharibəsinin sonunda Koreya yarımadasını işğal edəndən bəri Moskva həmişə onu dəstəkləyib, yəni Şimali Koreyanın bütün tarixi sovet kəşfiyyatının layihəsidir. Və buna görə də Şimali Koreya qoşunlarının Rusiyaya daxil olması təəccüblü deyil”, - deyə o vurğulayıb.

Ekspert qeyd edib ki, Şimali Koreya ordusu bu müharibədə ən ağır hücumlar üçün xərclənəcək.

“Şimali Koreya ordusu kifayət qədər böyükdür və əhəmiyyətli səfərbərlik resursuna malikdir. Pxenyan asanlıqla bir milyona qədər hərbi qulluqçusunu Rusiyaya göndərə bilər”, - deyə Pirtula bildirib.

 

 

Daşqın HəsənovMissiya.Az

Избранный
19
missiya.az

1Источники