RU

Köməyə gələn təyyarəni səhvən vurdular - 5 nəfər...

Sudanın Çevik Reaksiya Qüvvələri (ÇRQ) ölkənin qərbində BƏƏ-nin yük təyyarəsini hərbi təyyarə ilə səhv salaraq vurub.  

 

Sfera.az xəbər verir ki, bu barədə “Sudan War Monitor” məlumat yayıb.

 

ÇRQ komandirlərindən biri idarə olunan raketlərdən istifadə edərək Sudan qoşunlarını bombalamaq üçün nəzərdə tutulmuş ola biləcək "Misir Antonov” təyyarəsini vurub. Lakin, əslində vurulan “İl-76” təyyarəsi olub.

 

Məlumata görə, təyyarənin əsas hissəsi yanıb. Hava gəmisində beş nəfərin olduğu güman edilsə də, sağ qalanlar barədə məlumat verilməyib. 

 

İddialara görə, ekipaj üzvlərindən birinin şəxsiyyət vəsiqəsi Hava Yolları Nəqliyyatı Müəssisəsinin baş mühəndisi Viktor Qranovun adına olub. Sərnişinlərdən ikisi Birləşmiş Ərəb Əmirlikləri və Qırğızıstan vətəndaşı ola bilər. Digər ekipaj üzvünün Rusiya pasportu olub.

 

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Sudandakı səfirliyi bildirmişdi ki, potensial olaraq Rusiya vətəndaşlarını daşıya bilən təyyarənin qəzaya uğramasının səbəblərini araşdırır. Səfirliyin bildirdiyinə görə, vəziyyət qəzanın baş verdiyi yerin hazırda döyüşlərin getdiyi Darfur bölgəsində olması ilə mürəkkəbləşib.

 

Firuzə Əliyeva

Избранный
7
sfera.az

1Источники