RU

Yağıntı günün ikinci yarısından başlayaraq tədricən kəsiləcək

Yağıntı

Bakı, 22 oktyabr, AZƏRTAC

“Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən verilən məlumata görə, hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir”.

Xidmətin rəsmisi Gülnarə Abbasova AZƏRTAC-a bildirib ki, müşahidə olunan yağıntılı hava şəraiti oktyabrın 22-si günün ikinci yarısından Bakıda və Abşeron yarımadasında, axşam isə qərb rayonlarından başlayaraq əksər rayonlarda tədricən kəsiləcək.

“Oktyabrın 23-ü gündüz və 24-də ölkə ərazisində hava şəraitinin mülayimləşəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək”, - deyə qeyd olunub.

Избранный
4
24
azertag.az

10Источники