RU

Əksər bölgələrdə yağıntılı hava şəraitində fasilə yaranıb

Əksər

Bakı, 22 oktyabr, AZƏRTAC

Əksər bölgələrdə yağıntılı hava şəraitində fasilə yaranıb.

Bu barədə AZƏRTAC-a Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. O qeyd edib ki, hazırda yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında, Qobustan, Oğuz, Şəki, Qəbələ və İsmayıllıda müşahidə olunur, arabir qısamüddətli leysan xarakterli yağış yağır.

Müşahidə olunan yağıntılı hava şəraiti günün ikinci yarısından Bakıda və Abşeron yarımadasında, axşam isə qərb rayonlarından başlayaraq əksər rayonlarda tədricən kəsiləcək.

Избранный
8
9
azertag.az

9Источники