RU

Bakıda restoranda Türkiyə vətəndaşı icra məmurunu döydü - QƏRAR

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada və hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmədə təqsirləndirilən Türkiyə vətəndaşı İbrahim Halilin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, hadisə 2022-ci ildə Nərimanov rayonu ərazisində yerləşən “Şah lahmacun” restoranında qeydə alınıb. Belə ki, İbrahim Halil restoranda olan atasının yanına gələn zaman həmin vaxt icraatında olan dövlət qurumlarından birinin inzibati tənbeh vermə haqqında qərarı əsasında başlanmış icra sənədi üzrə Ədliyyə Nazirliyinin Nərimanov rayon icra şöbəsinin icra məmuru, zərərçəkmiş Şamil Həsənov (şərti) da orada olub. İcra məmuru öz xidməti vəzifələrini yerinə yetirərək qeyd olunan iaşə obyektinin VÖEN-nin icra sənədindəki borclu şəxslə uyğunluq təşkil etməsini aydınlaşdırmağa çalışıb. Bu zaman İbrahim Halil zərərçəkmiş şəxsə yumruqla zərbələr vurub yerə yıxaraq ona xəsarət yetirib. Hadisədən sonra Türkiyə vətəndaşı saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Nərimanov Rayon Məhkəməsinin hökmü ilə o, 1 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti vermişdi. 

 

Kamal Məmmədov

Tarix: 22 Oktyabr 2024, 10:33   
Избранный
19
2
pravda.az

3Источники