RU

Zəfər xronikası. 22 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva Trend İnformasiya Agentliyinə müsahibə verib

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.

2020-ci il oktyabrın 22-də Azərbaycan Respublikasının Birincivitse-prezidenti Mehriban Əliyeva Trend İnformasiya Agentliyinəmüsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Hər vaxtınız xeyir, hörmətli Mehriban xanım. İlknövbədə, Azərbaycanın bir sıra şəhərlərinin və yaşayışməntəqələrinin işğaldan azad edilməsi münasibətilə Sizi özadımızdan və oxucularımızın adından təbrik etməkistərdim.

- Bütün xalqımızı bu əlamətdar hadisələr münasibətilə təbrikedirəm. Demək olar ki, hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Biziməsgərlər və zabitlər döyüş tapşırıqlarını şərəflə yerinəyetirirlər. Onlar uğurlu əməliyyatlar keçirərək, bir-birininardınca şəhərləri və digər yaşayış məntəqələrini işğaldan azadedir, strateji yüksəklikləri tuturlar. Uzun fasilədən, təqribən 30ildən sonra biz hamımız Azərbaycan əsgərinin doğma torpaqlarımızdabayrağımızı sancmasını qürurla müşahidə edirik. Bu, sadəcə, hərbiuğur deyil. Bu, tarixi ədalətin bərpasıdır, çünki bunlar biziməzəli, tarixi torpaqlarımızdır.

Mübaliğəsiz demək olar ki, bu gün Prezident İlham Əliyev başdaolmaqla Azərbaycan xalqı yeni tarix yazır. Bizim birgəqələbələrimizin tarixini!

Mən xalqın öz Prezidenti ətrafında necə sıx birləşdiyini, dövlətbaşçısının ümumi məqsəd naminə, Azərbaycan torpaqlarının işğaldanazad edilməsi naminə birləşməyə çağırışını gənclərimizin necəqətiyyətlə və mərdliklə qəbul etmələrini görürəm.

- Sizin söylədiyiniz hər bir kəlmə xalqımızın istəyi iləhəmahəngdir və əməllərdə, hərəkətlərdə misli görünməmiş fəallıqdoğurur. Sizin müraciətinizdən dərhal sonra həmvətənlərimizinerməni yalanlarını və böhtanlarını ifşa etməyə yönəlmiş səyləribuna parlaq sübutdur.

- İnformasiya məkanında fəallıq göstərmək barədə çağırışımaqoşulan hər kəsə təşəkkür etmək istəyirəm. Biz daim yaddasaxlamalıyıq ki, qarşıdurma təkcə bilavasitə döyüş əməliyyatlarıbölgəsini deyil, həm də informasiya məkanını əhatə edir. Mən bizimgənclərimizin, vətəndaşlarımızın erməni təbliğatının feyklərininecə ifşa etdiklərini, erməni təcavüzü haqqında həqiqəti bütünmümkün platformalarda beynəlxalq ictimaiyyətə necə çatdırdıqlarınıgörürəm. Onların haqq səsi tarixin saxtalaşdırılması hallarınıaşkar etməyə və tamamilə əsassız, açıq-aydın yalan, təhrikçimaterialların yayılmasının qarşısını almağa kömək edir.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinə təşəkküredirəm, onların obyektivliyi və yüksək peşəkarlığı sayəsindəbugünkü Azərbaycan reallıqlarını dünyaya çatdırmaq mümkün olur.

Əllərinə bayraq götürərək təcavüzkara etirazlarını bildirən vəErmənistanın işğalçı mahiyyətini beynəlxalq ictimaiyyətə göstərənxaricdə yaşayan soydaşlarımızı qeyd etməmək mümkün deyil.Azərbaycan xalqı ilə həmrəy olan, ona dəstək olaraq öz prinsipialvə ədalətli mövqeyini nümayiş etdirən dünyadakı bütün dostlarımızaminnətdaram.

Bu gün biz hamımız cəbhədə baş verənlər barədə fikirlərləyaşayırıq. Azərbaycan xalqı öz Prezidentinə inanır və əmindir ki,Prezident nəyi necə, nə vaxt etmək lazım olduğunu bilir. Buna görədə biz bütün hərəkətlərimizdə və fəaliyyətimizdə həmişəkindən dahaçox həmrəyik. Şübhəsiz, bizim əsgərlərimiz bu dəstəyi hiss edirlər.Bilirlər ki, onların arxasında bütün Azərbaycan xalqı dayanır.

- Mehriban xanım, Siz bəyanatlarınızda dəfələrlə qeydetdiyiniz kimi, hətta düşmənin mülki əhaliyə qarşı vəhşicəsinətəxribatlarına baxmayaraq, xalqımız inanılmaz ruh yüksəkliyi vəmərdlik nümayiş etdirir.

- Təəssüf ki, erməni tərəfi məqsədyönlü şəkildə nəinkibeynəlxalq konvensiyaların tələblərini pozur, hətta əxlaqnormalarını tapdalayır.

Gəncə, Mingəçevir, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Goranboy,Naftalan və digər yaşayış məntəqələrinin dinc əhalisinə edilənhücumlar Ermənistanın Azərbaycana qarşı məkrli siyasətini açıq ifşaedir. Dəfn mərasimi zamanı qəbiristanlığı necə atəşə tutmaq olardı?Gecə vaxtı, sakinlər yatarkən Gəncə şəhərini raket atəşinə necəməruz qoymaq olardı? Günahsız mülki şəxslər, uşaqlar, qadınlarhəlak olub. Bu, insanlığa qarşı cinayətdir, bu, terrorizmdir. Bütünbunlar birmənalı şəkildə göstərir ki, Yerevanın sülhdə marağıyoxdur, o, yalnız münaqişənin eskalasiyasını, onun regionalqarşıdurmaya çevrilməsini arzu edir.

Lakin Ermənistanın heç bir alçaq əməli, – nə siyasi platformayaəsaslanan iyrənc provokasiyaları, nə informasiya məkanında məkrliavantüraları, nə dinc vətəndaşlara vəhşicəsinə hücumları, – heç nəAzərbaycan xalqının iradəsini sındıra bilməz. Birlik, həmrəylik,bir-birinin dərdinə şərik olmaq və qarşılıqlı dəstək nümayişimüəyyən mənada heç kəsin heç vaxt bizim iradəmizi və Vətənimiziişğaldan azad etmək istəyimizi sındıra bilməyəcəyinə dairAzərbaycan xalqının ismarıcıdır.

Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa vəAzərbaycanın mülki əhalisinə qarşı vəhşicəsinə qəddarlığı kəskinpisləməyə çağırıram. Yerevan beynəlxalq konvensiyalara, habelə BMTTəhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrini Azərbaycanaqarşı təcavüzü dayandırmağa çağıran qətnamələrinə etinasızlığa sonqoymalıdır.

Azərbaycan dövlətinin heç vaxt başqalarının torpaqlarında gözüolmayıb. Biz dinc əhaliyə hücum etmirik. Bizim işimiz haqq işidir.Bizim ordumuz əzəli Azərbaycan torpaqlarını işğaldan azad edir.Bizim əsgərlər qəhrəmanlıq və igidlik göstərərək Vətən uğrundaşərəflə döyüşür, öz adlarını Azərbaycanın tarixinə yazırlar. Mənbütün yaralıların tezliklə sağalmalarını arzu edirəm. Həlak olmuşhərbi qulluqçuların ailələrinə, doğmalarına dərin hüznlə başsağlığıverirəm. Vətən naminə şəhid olmuş igid övladlarımıza Allah rəhməteləsin. Onların qanı yerdə qalmayacaq və qalmır. Düşmənə layiqolduğu cavab verilir.

Mənim tapşırığımla Heydər Əliyev Fondu həlak olanlarınailələrinə lazımi kömək göstərir. Yaralı əsgərlərin sağalması vənormal həyata qayıtması üçün nə mümkündürsə edilir. Bu gün bizimbütün yaralı əsgər və zabitlər tezliklə ayağa qalxmaq və Vətənuğrunda ədalətli mübarizəni davam etdirmək üçün yenidən döyüşəməliyyatları zonasına yola düşmək istəyirlər. Budur Azərbaycanxalqının ruh yüksəkliyi və vətənpərvərliyi.

- Mehriban xanım, Siz bu günlərdə xalqımızın qeyri-adibirliyini qeyd etdiniz. Koronavirus pandemiyasına qarşı mübarizədəbir növ şüara çevrilmiş "Biz birlikdə güclüyük!" cümləsini hamımızxatırlayırıq. Demək olarmı ki, bu gün həmin cümlə xüsusi məna kəsbedir?

- Bu, şübhəsiz belədir. Biz yalnız birliyimizi qorumaqla vəPrezidentin ətrafında sıx birləşməklə bu ilin yadda qalacağı bütünçağırışları və çətinlikləri dəf edə bilərik.

Siz koronavirus pandemiyasını xatırlatdınız və mən bu məsələyəbir qədər ətraflı toxunmaq istərdim. Biz bu günədək vaxtında vəhərtərəfli düşünülmüş tədbirlər sayəsində dünyanın bir çoxölkələrinin üzləşdiyi faciəli ssenaridən xilas ola bilmişik.Ekspertlərin fikrincə, bizim ölkəmiz epidemiyanın ilk və olduqcatəhlükəli mərhələsini ən az sayda itki ilə başa vurmuş dövlətlərsırasındadır. Biz epidemiya ilə mübarizənin bütün aspektlərinikoordinasiya edən peşəkar komanda yaratmağa, zəruri texniki vəinsan resurslarını birləşdirməyə müvəffəq olduq. Tətbiq edilmişkarantin tədbirləri koronavirusun yayılma sürətini azaltmağa köməketdi. Biz birlikdə Vətənimizi bu xəstəliyin təhlükəli surətdəyayılmasından qoruya bildik.

Təəssüf ki, çoxsaylı ölkələrə və xalqlara bu qədər bəla vəiztirab gətirmiş virusa hələ də qalib gəlmək mümkün olmayıb. O,hələ də ciddi təhlükə mənbəyidir, bütün dünyada pisləşməkdə olanstatistika buna sübutdur. Pandemiyaya qarşı müharibə hələ davamedir. Avropa dövlətlərinin çoxunda çoxsaylı məhdudiyyətlər yenidənqüvvəyə minir.

Təəssüf ki, bizim ölkəmiz də istisna deyil. Məlumdur ki, songünlərdə yoluxanların sayının artması müşahidə olunur, təhsilmüəssisələrində, ictimai nəqliyyatda yenidən bəzi məhdudiyyətlərtətbiq edilib.

Mən sizin hər birinizi koronavirusun təhlükəli olduğunuunutmamağa, aylarla riayət etdiyimiz elementar qaydaları gözləməyə,məsafəyə riayət etməyə, həqiqətən real zərurət olmadığı haldainsanların kütləvi şəkildə toplaşdığı yerlərə getməməyə çağırıram.Bizə yaxşı məlum olan bütün bu qaydalar yoluxma riskini azaltmağavə deməli, bizi və yaxınlarımızı xəstəlikdən qorumağa kömək edər.Biz yaşlı nəslə həmişə xüsusi qayğı və hörmətlə yanaşırıq.Pandemiyanın birinci mərhələsi dövründə biz onları qayğı iləqoruduq. Əminəm ki, indiki şəraitdə biz daha diqqətli olacağıq.

Bu gün, ordumuz öz tarixi missiyasını davam etdirdiyi bir vaxtdadövlətimizin, o cümlədən səhiyyə sisteminin üzərinə düşən yükümaksimum azaltmaq lazımdır. İndi bütün resursların bizimxilaskarlıq əməliyyatı üzərində cəmləşməsi müstəsna əhəmiyyət kəsbedir. Biz arxa cəbhədə öz sağlamlığımızın qeydinə qalmaqla,sayıqlıq və intizam nümayiş etdirməklə, eyni zamanda, ön cəbhədəkiəsgərlərimizə kömək edir və onları qoruyuruq.

Əminəm ki, biz bu vəzifənin öhdəsindən gələcəyik və bir dahasübut edəcəyik ki, gücümüz birlikdədir!

Məqalədə:
Избранный
61
3
az.trend.az

4Источники