RU

Yağış tavandan partaların üstünə axdı - Universitetdən AÇIQLAMA

Bakıda ötən gün səhər saatlarında başlayan yağıntılar universitetlərə də təsirsiz ötüşməyib.

 

Sosial şəbəkələrdə yayılan görüntülərə görə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 3-cü korpusunda yağış suları auditoriyadakı partaların üstünə tökülüb.

 

Modern.az son vəziyyəti öyrənmək üçün ADPU ilə əlaqə saxlayıb.

 

Qurumdan sorğumuza cavab olaraq verilən məlumata görə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) III tədris binasında auditoriyaya yağış suyunun damması ilə bağlı bəzi xəbər portallarında yayılan görüntülərlə bağlı yaranmış vəziyyət aramsız davam edən güclü yağış səbəbindən baş verib.

 

"Sözügedən tədris korpusunun yerləşdiyi bina köhnə olduğundan bu kimi halın yaşanması, təəssüf ki, qaçınılmaz olmuşdur. Bununla belə, vəziyyətə dərhal müdaxilə edilib və yaranan problem qısa zamanda aradan qaldırılıb.Eyni zamanda bildirmək istərdik ki, vəziyyətlə bağlı təhsilalanların sağlamlığı üçün heç bir risk yaranmayıb. Sözügedən hal sonuncu dərsin bitməsinə yaxın yaşanıb. Bu zaman müəllim vəziyyəti ələ alaraq dərhal tələbələri kənar partalara yönəldib və dərsi tamamlayıb (su daman hissədə tələbələrin olmadığı görüntülərdə də aydın görünür).

 

Ümumilikdə, tədris binalarının tədrisə yararlı halda olması və cari problemlərin aradan qaldırılması məqsədi ilə hər mövsümdə cari təmir işləri həyata keçirilir. Sözügedən tədris binası nisbətən köhnə olduğundan infrastrukturunda müəyyən problemlər mövcuddur və bunların zamanla aradan qaldırılması, infrastrukturun yenilənməsi məqsədi ilə iş aparılır.

 

Konkret yaşanan hala gəldikdə isə, diqqətinizə çatdırmaq istərdik ki, bütün fəsadlar və onların yaratdığı nəticələr qeydə alınıb və qış mövsümünə hazırlıq işləri çərçivəsində bütün bu problemlər aradan qaldırılacaqdır”.

 

 

Избранный
2
5
modern.az

7Источники