RU

Gəncədə avtomobillərdən oğurluq edən şəxs tutuldu

Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisində “Mercedes” markalı avtomobildən 480 manat dəyərində akkumulyator və 4 ədəd səsgücləndirici oğurlanması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəhər sakini, məhkum olunmuş Kərim Məmmədov saxlanılıb. 

Şübhəli şəxsin ətrafında davam etdirilən istintaq tədbirləri nəticəsində onun oktyabr ayının müxtəlif vaxtlarında bir neçə avtomobildən 2535 manat nağd pul və 1000 manata yaxın müxtəlif avtomobil aksesuarlarını oğurlması məlum olub. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Избранный
7
5
modern.az

7Источники