RU

Fələstinin BMT-dəki daimi nümayəndəsi: "470 min insan qətliamla üz-üzə qalıb"

"Qəzzanın şimalında təxminən 470 min insan ölümlə, qətliamla üz-üzə qalıb".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu iddianı Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur Baş katib Antonio Quterreş, BMT Baş Assambleyasının sədri Philemon Yang və bu ay BMT Təhlükəsizlik Şurasının (BMGK) sədri olan İsveçrəyə məktubunda söz açıb.

Fələstinin rəsmi agentliyi WAFA-da dərc olunan məktubada, o, İsraili dünyanın gözü qarşısında Qəzzada soyqırım törətməkdə ittiham edib: "Hazırda daha 470 kin insan Qəzzanın şimalında qətliam təhlükəsi yaşayır. İsrail həftələrdir şimaldakı Fələstin xalqını qida, su, dərman və insan həyatı üçün lazım olan hər şeydən məhrum edib, sistematik olaraq xəstəxanaları hədəf alır, vurur, dağıdır, mülki vətəndaşların tibbi xidmət almasına mane olur. Onlar bütün gücləri ilə fələstinliləri tamamilə, özü də zorla cənub bölgəsinə deportasiya etməyə çalşırlar. Halbuki, cənub bölgəsi də ağır bombardman altındadır".

Daimi nümayəndə daha əvvəl də zorla deportasiya və qətiamlarla bağlı beynəlxalq ictimaiyyəti xəbərdar etdiklərini, lakin BMGK-nın sistematik şəkildə işlənən hərbi cinayətlər və insanlığa qarşı cinayətlərə qarşı tədbir görməkdə aciz olduğunu xatırladıb: "Fələstinlilərin 2012-ci ildə çəkdiyi kollektiv cəza artıq bir ildir ki, tarixdə təkrarı olmayan formada Qəzzada güclü formada davam edir...."

Tahir Şəlvəli

MİA.AZ

Избранный
14
mia.az

1Источники