RU

“Hiss edirəm ki, Oqtay hələdə yanımdadır“ - Dilarə

 “Çox doğru fikir yaranır ki, mən hələdə Oqtaylayam. Demək ki, məndən bu enmerjini alırlar”.

OLAY yazır ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva qonaq olduğu “Qapqara” verilişində deyib.

Sənətçi bildirib ki, mərhum həyat yoldaşı, Əməkdar mədəniyyət işçisi, “SOY production”un təsisçisi Oqtay Əliyevin cismən olmasa da ruhən hər zaman yanındadır:
“Bura qədər az ömür deyil. Biz birgə 30 il ömür yaşadıq. Mən onun gedib-gələn nəfəsini, hər hansısa bir addımımda hansı reaksiya verəcəyin və ya verdiyini, belə anda Oqtay “nə deyərdi?”ni o qədər yaxşı hiss edirəm ki, o mənim enerjim də hər kəsə yansıya bilir. Bu sözü ilk dəfə sən dedin ki, (proqramın aparıcısı, aktyor Kamran Ağabalayevi nəzərdə turur - red.) Mənə elə gəlir ki, Oqtay hələdə yanındadır. Bu fikri indiyə kimi səsləndirməmişəm. Sadəcə özümü elə hiss edirdim”.

Qeyd edək ki, Oqtay Əliyev 22 mart 2023-cü ildə 54 yaşında yol qəzasında dünyasını dəyişib. Onun idarə etdiyi “Lexus Lx470” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Qəza nəticəsində O.Əliyev vəfat edib, avtomobildə olan Xalq artisti Mehriban Zəki və Əməkdar artist Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.  

Избранный
373
1
olay.az

3Источники