RU

Məşhur hücumçu 1 ildən sonra yaşıl meydanlara döndü - FOTO

Braziliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun hücumçusu Neymar 1 ildən sonra yaşıl meydanlara dönüb.

Sportinfo/az xəbər verir ki, o, Asiya Çempionlar Liqasının III turunda BƏƏ-nin “Əl-Ayn” kollektivi ilə oyunun 77-ci dəqiqəsində əvəzetmədən meydana daxil olub.

Görüş “Əl-Hilal”ın 5:4 hesablı qələbəsi ilə yekunlaşıb.

Neymar 2023-cü ilin oktyabrında Braziliya millisinin 2026-cı il dünya çempionatının seçmə mərhələsinin Uruqvayla görüşündə zədələnmişdi.

Избранный
21
sportinfo.az

1Источники