RU

"Qətiyyən istəmirik ki, çempionatda çıxışımızı yarımçıq dayandıraq"

II Liqanın 7-ci turunda “Şəfa” ilə matçda meydana çıxmayan “Lerik”in cəzası məlum olub.

Cənub təmsilçisi Bakıdakı səfər oyununa gəlmədiyi üçün 0:3 hesablı texniki məğlubiyyət alıb.

Bundan başqa, Vidadi Hüseynovun baş məşqçisi olduğu komanda 300 manat cərimələnib.

“Lerik” 2-ci Liqada 7 xalla 10-cu sırada qərarlaşıb.

Səfərin baş tutmaması maliyyə çatışmazlığı ilə bağlıdır.

Klubun İdarə Heyətinin sədri Famil Məmmədov saytımıza açıqlamasında bildirib ki, problemin müsbət həllinə inamlarını itirməyiblər:

“Bu, bizdən asılı olmayan məsələdir. Çox çalışdıq, amma yeni maliyyə mənbəyi tapa bilmədik.

Mövcud vəziyyət barədə Peşəkar Futbol Liqası və Futbolun İnkişaf Fondunu məlumatlandırmışıq. Artıq AFFA-nın da hər şeydən xəbəri var.

Düşünürəm ki, yaxın günlərdə nəsə bir yenilik baş verər. Çünki səfər oyununa hansı səbəbdən gedə bilmədiyimizi bütün ölkə bildi.

Yaxşı olar, hər halda. Qətiyyən istəmirik ki, çempionatda çıxışımızı yarımçıq dayandıraq“.

SPORTİNFO.AZ

Избранный
18
sportinfo.az

1Источники