RU

"Hizbullah" hədəflərinə 230-dan çox zərbə endirilib

İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubundakı hədəfli əməliyyatlarını davam etdirərək, son 24 saat ərzində onlarla terrorçunu məhv edib və Hizbullahın 230-dan çox hədəfini vurub.

Ucnoqta.az xəbər verir ki, bu barədə İDF-nin mətbuat xidməti məlumat yayıb.

“Son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələri Livan və Qəzza zolağında Hizbullah və HƏMAS-ın təxminən 230 terrorçu hədəfinə, o cümlədən "Hizbullah"ın hava bölməsinə aid üç komanda mərkəzinə zərbələr endirib” - ordunun mətbuat xidmətinin açıqlamasında deyilir.

İsrail Hərbi Hava Qüvvələri bu əməliyyat mərkəzinə zərbə endirib, təhlükənin qarşısını alıb və içəridə olan 15-ə yaxın terrorçunu məhv edib.

Избранный
20
ucnoqta.az

1Источники