RU

Yağışlı hava nə vaxta kimi davam edəcək?

Ölkə ərazisində yağıntılı hava şəraitinin bu gün günorta saatlarından sonra tədricən kəsiləcəyi gözlənilir.

Bakupost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O qeyd edib ki, respublika ərazisində yağıntılı hava şəraiti davam etməkdədir:

"Hazırda hansı bölgələrə nə qədər yağıntının düşməsi hesablanır. Bununla bağlı əlavə məlumat veriləcək".

Qeyd edək ki, bir neçə gündür ki, ölkə ərazisində hökm sürən yağıntılı hava şəraiti həm bölgələrdə, həm də paytaxtda ciddi fəsadlara yol açıb.
Избранный
2
15
bakupost.az

10Источники