RU

Rusiyanın son itkiləri açıqlandı - SİYAHI

Son 24 saat ərzində Ukrayna Müdafiə Qüvvələri düşmənin təxminən 238 ədəd silah və texnikasını məhv edib. Döyüşlərdə 1350-yə yaxın Rusiyalı hərbiçi məhv edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Oktyabrın 22-nə olan hesablamalara görə, Rus Silahlı Qüvvələrinin canlı qüvvəsinin ümumi itkisi 681.580 işğalçı təşkil edib.

Həmçinin, 34 artilleriya sistemi (cəmi 19623), 24 zirehli döyüş maşını (18199), 8 tank (9079), 2 reaktiv yaylım atəş sistemi (1234) və 2 hava hücumundan müdafiə sistemi (981),  71 PUA (17404), 77 avtomobil texnikası və tankeri (27 111), 20 xüsusi texnika (3 499) məhv edilib. 

Genişmiqyaslı müharibə başlayandan bəri Müdafiə Qüvvələri Rusiya qoşunlarının 369 təyyarəsini, 329 helikopterini, 28 gəmisini və bir sualtı qayığını məhv edib.

Избранный
15
ucnoqta.az

1Источники