RU

Neymar 1 ildən sonra yaşıl meydanlara qayıtdı

Bakı, TurkicWorld

"Əl-Hilal"ın ulduzu Neymar 1 ildən sonra yaşıl meydanlara qayıdıb.

TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu Asiya Çempionlar Liqasının III turunda meydana çıxıb.

O, "Əl-Ayn"la (BƏƏ) görüşün 77-ci dəqiqəsində əvəzetmədən meydana daxil olub. Matç Neymarın komandasının 5:4 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Neymar 369 gün əvvəl Braziliya millisinin DÇ-2026-nın seçmə mərhələsinin Uruqvayla görüşündə zədələnmişdi.

Избранный
7
6
turkic.world

10Источники