Azərbaycan Respublikasının Mərkəzi Bankı

Nağd pul departamenti \ Nağd pulun idarəedilməsi şöbəsi \ Kiçik mütəxəssis

Son tarix 11 noy 2024 – Müraciət et

Vəzifənin funksiyaları:

  • Nağd pul dövriyyəsi ilə bağlı analitik və statistik hesabatların hazırlanması və təhlilində iştirak;
  • Xəzinə saxlanclarının pul nişanlarına olan tələbatının müəyyənləşdirilməsi və xəzinələr arasında pul nişanlarının bölgüsünün aparılmasında iştirak;
  • Mərkəzi Bankın ərazi idarələri üzrə təhvil-təslim sərəncamlarının yazılması;
  • Yubiley, xatirə və investisiya pul nişanlarının satışı ilə bağlı inzibatçılıq funksiyalarının yerinə yetirilməsi, analitik və statistik hesabatın hazırlanması, vətəndaşlardan məktub və qaynar xətt vasitəsilə daxil olan müraciətlərin cavablandırılması;
  • Departamentin əməliyyat planına uyğun olaraq fəaliyyət nəticələrinin monitorinqinin aparılması və müvafiq hesabatların hazırlanmasında iştirak;
  • Xəzinələrdə saxlanılan nağd pul və qiymətlilərin yoxlanılması məqsədilə təşkil edilmiş komissiyalarda iştirak;
  • Nağd pul departamentinin illik büdcəsinin hazırlanması və il ərzində ona nəzarət edilməsində iştirak;
  • Nağd pulla bağlı biznes prosesləri əhatə edən hüquqi metodoloji bazanın hazırlanmasında iştirak;
  • KİV üçün informasiyaların hazırlanmasında, nağd pul sferasının fəaliyyəti ilə əlaqədar daxil olan sorğulara cavabların hazırlanması;
  • Şöbənin funksiyaları daxilində rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi.

Kompetensiyalar

  • Araşdırma və təhlil etmə;
  • Komandada işləmə;
  • Məsuliyyətlilik;
  • Planlaşdırma;
  • Stressə davamlılıq;
  • Təkmilləşməyə meyllilik;
  • Təşəbbüskarlıq;
  • Ünsiyyətqurma;
  • Vaxtın idarəedilməsi.

Texniki kompetensiyalar

  • Makroiqtisadiyyat;
  • Təqdimat və yazı bacarığı;
  • Bank qanunvericiliyi ilə tanışlıq;
  • Maliyyə və bank sistemi üzrə nəzəri və praktiki biliklər;
  • Əməliyyat risklərinin idarə edilməsi;
  • Layihələrin idarə edilməsi üzrə biliklər;
  • Aidiyyatı üzrə qanunvericilik (Nağd pul və qiymətlilərlə əməliyyatlara dair normativ-hüquqi baza).

Təcrübə

  • Mərkəzi Bankda, maliyyə sektorunda, və ya iqtisadi sektorda müvafiq sahə üzrə ən azı 1 illik iş təcrübəsi

Təhsil

  • Ali təhsil (iqtisadiyyat/maliyyə)

Dil bacarığı

  • Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yaxşı səviyyədə), Rus dili (arzu olunandır)

Kompüter bacarıqları

  • MS Office proqramları (yaxşı səviyyədə)

Son müraciət tarixi: 10.11.2024

Maraqlnan namizədlər link-ə keçid edərək, müraciətlərini edə bilərlər.