RU

Bakı Qızlar Universitetində oğlan tələbələr təhsil alırlar?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakı Qızlar Universitetində oğlan tələbələrin təhsil aldığı barədə məlumatlar yayılıb.
Xezerxeber.az-ın məlumatına görə, bir neçə gündür ki, sosial şəbəkələrdə Qızlar Universitetində oğlanların da təhsil alması ilə bağlı müzakirələr gedir. Kimisi qınayır, kimisi də haqq qazandırır.
Məsələyə Bakı Qızlar Universitetinin Tədris işləri üzrə prorektoru Havva Avbullayeva aydınlıq gətirib. O bildirib ki, 33 yaşlı universitetin fəaliyyəti dövründə yanlışlıq ucbatından yalnız bir dəfə belə bir fakt baş verib.
Həvva Abdullayeva qeyd edib ki, tədris ocağı qızlardan ibarət təhsil müəssisəsi kimi təsis olunduğundan hətta universitetlərarası tələbə köçürülməsi zamanı da bu məsələyə xüsusi diqqət yetirilir.
Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov isə deyib ki, qəbul imtahanlarından sonra Bakı Qızlar Universiteti üzrə ixtisaslara oğlanlar elektron ərizələrini daxil edəndə sistem tərəfindən məhdudiyyət tətbiq edilir.
Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, Bakı Qızlar Universitetinin kontingenti yalnız qızlardan ibarətdir və orada oğlanlar təhsil almırlar.
Ətraflı süjetdə:
Избранный
41
16
oxu.az

10Источники