RU

Ucarda ağır qəza - 3 ölü, 1 yaralı

Ucar rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Ucar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobili Gəncə istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə olan “KAMAZ” markalı yük maşınına çırpılıb. Zərbənin təsirindən avtomobildə yanğın baş verib.

Hadisə yerinə gələn FHN-nin Ucar rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası yanğını söndürüb.

Ucar rayonunda baş vermiş yol-nəqliyyat hadisəsində ölənlərin sayı üçə çatıb.

Hadisə zamanı 3 nəfər ölüb. Ağır xəsarət alan 2007-ci il təvəllüdlü Qüddəsərova Səma Vüqar qızı isə əvvəlcə Ucar rayon Mərkəzi Xəstəxanasına daha sonra isə vəziyyəti ağır olduğundan onu Göyçay rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya edilib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
10
15
qafqazinfo.az

10Источники