RU

Bu kolleclərdə yoxlamalar aparılır

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən orta ixtisas təhsil müəssisələrində keçirilən monitorinqlər çərçivəsində Agentliyin Hüquq və insan resursları sektorunun müdiri Siyavuş Əhmədzadə oktyabrın 18-də Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci və Ağdaş Dövlət Humanitar Kollecində olub.

 

Modern.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

 

Monitorinq zamanı müəllim və tələbə heyəti ilə görüş keçirilib və kolleclərin fəaliyyəti barədə müzakirələr aparılıb. Eyni zamanda tələbə və müəllimlərin problemləri, şikayət və təklifləri dinlənilib, ayrı-ayrı qruplar üzrə tələbələrin dərslərə hazırlıq səviyyəsi yoxlanılıb.

Избранный
8
3
modern.az

7Источники