RU

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

Qoç - çətin zamandır. Qarşınıza qoyduğunuz məqsədə tezliklə çatmaq mümkün deyil. Buna görə də başladığınız işlərə marağınız itməsin. Sözsüz, onların bəzilərini yaxın vaxtda bitirmək çətindir. Amma yolunuzdan dönməyin, çalışın, zəhmət çəkin. İşdə rəhbərliklə fikir ayrılığı və ya mübahisə ola bilər.

Buğa - çoxdankı plan və ya məqsədlərdən birinin reallaşdırılması üçün əlverişli zamandır. Peşəkar fəaliyyət müstəvisindəki maneələri dəf edin. Şəxsi münasibətlərdəki çətinliklərin aradan qaldırılması üçün səy göstərin.

Əkizlər - son vaxtlar sizi narahat edən məsələləri həll etmək imkanları yaranıb. Şəxsi münasibətlərdəki gərginliyi aradan qaldırın. Peşəkar fəaliyyət müstəvisindəki maneələrlə sədləri dəf etmək olar. Təxəyyülünüzü və məntiqinizi işə salın. Problemlərin orijinal həlli ənənəvi metodlarla müqayisədə daha effektivdir.

Xərçəng - günün ilk yarısında nigaranlıq və narahatlıq yarana bilər. Yaxın ətrafınızdakı insanların sizə qarşı olduqlarını düşünməyin. Fikir ayrılıqlarını həll edin, dəyər verdiyiniz insanlarla dil tapın. Maraqlı işgüzar təkliflər ala bilərsiniz. Sövdələşmə və anlaşmalar gəlir verəcək.

Şir - uğurlu gündür. Bir qədər əvvəl başladığınız işləri başa vurun. Yeni, daha maraqlı işlərə başlamaq olar. Faydalı tanışlıq baş tutacaq. İşdə həmkarlarla münasibətləri normallaşdırmaq şanslarını əldən verməyin. Diqqətli və səlis davranın. Yardıma ehtiyac duyan insana kömək edin.

Qız - günün ilk yarısında risk etməyin. Maliyyə məsələlərində soyuqqanlı və diqqətli davranın. Sınanmış metodlardan yararlanın, başqasının təcrübəsindən istifadə edin. Səhv addımlar ataraq sonrakı acı təcrübədən bəhrələnmək ən yanlış yoldur. Müttəfiqlər və dostlar sizə maraqlandığınız suallara cavab tapmağa yardım edəcəklər.

Tərəzi - hansısa işlər alınmazsa və ya olaylar məcrasından çıxarsa, narahat olmayın. Hər şey gözləntilərinizə uyğun olmazsa, olaylar planlaşdırılan məcrada getməzsə, təşvişə düşməyin, narahat olmayın. İşdə rəhbərlik və həmkarlarla ünsiyyətdə çevik, məntinqli olun. Güzəştə hazırlığınızı qarşı tərəf yetərincə dəyərləndirəcək.

Əqrəb - işgüzar görüşlər, uzunmüddətli əməkdaşlıqla bağlı məsələlərin müzakirəsi, anlaşma və sövdələşmələr üçün əlverişli zamandır. Hətta ən cəsarətli və orijinal ideyalarınız dəstəklənəcək. Gözlənilməz mənbədən gəlir əldə edilməsi istsina deyil. Unutduğunuz köhnə borcu qaytaracaqlar.

Oxatan - günün ilk yarısında yaranan problemlər sizdə təşviş hissi yaratmasın. Onları sürətlə həll etmək mümkündür. Çətinliklərin dəf olunması üçün ifrat zəhmətə ehtiyac yoxdur.

Oğlaq - günün ilk yarısında çətinliklər az olmayacaq. Problemlər çoxsaylıdır. Onları həll etmək olar. Problemlərin öhdəsindən gəlməkdə sizə yardımçı olacaq insanları tapa bilərsiniz. Yaxşı məsləhətlə yanaşı, real işlər də istisna deyil.

Dolça - günün ilk yarısı əlverişli zamandır. Ən cəsarətli planlarınızı reallaşdırmaq, niyyətinizi həyata keçirmək şansları var. Yeni tanışlıqlar istisna deyil. İlk dəfə gördüyünüz insanla dil tapmağa can atın. Bələd olduğuunz insanlarla tərəfdaşlıqda diqqətli davranın. Təriflər eşidəcəksiniz.

Balıqlar - günün ilk yarısında önəmli hadisələr baş verməyəcək. Situasiyadan yararlanaraq mövqelərinizi daha da gücləndirin, qüvvələrinizi bərpa edin.

Milli.Az

Избранный
22
mia.az

1Источники