RU

Mükafatlarının sayını artırdı

Argentina yığmasının hücumçusu Lionel Messi tarixin ən çox mükafat alan futbolçusu kimi mükafata layiq görülüb.

İspaniyanın “Marca” nəşri “İnter Mayami”nin 37 yaşlı forvardına futbol sahəsindəki uğurlarını qiymətləndirərək xüsusi mükafat təqdim edib. Mərasim ABŞ klubunun Fort Loderdeyldəki stadionunda baş tutub. Messi mükafatı “Marca”nın direktoru Xuan İqnasio Qalyardo və klubun sahibi Xorxe Masdan alıb.

Xatırladaq ki, Messi Argentina millisi ilə 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının, həmçinin 2 dəfə Amerika Kubokunun qalibi olub. O, həmçinin 8 dəfə “Qızıl top”a layiq görülüb.

Избранный
25
football-plus.az

1Источники