RU

AFFA-da Qazaxıstan Futbol Federasiyasının əməkdaşları ilə görüş keçirilib

UEFA-nın dəstəyi ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Qazaxıstan Futbol Federasiyasının (QFF) Lisenziyalaşdırma Departamentinin əməkdaşları arasında mübadilə proqramı həyata keçirilib.

Apasport.az xəbər verir ki, proqram iştirakçıları arasında UEFA-nın lisenziyalaşdırma üzrə mütəxəssisi Anna Polatovska da yer alıb.

Birinci hissəsi Bakıda baş tutan proqram çərçivəsində QFF-dən olan əməkdaşlar yerli lisenziyalaşdırma sistemi və əsas proses barədə məlumatlandırılıb. Bundan əlavə, departamentin ekspertləri qonaqlarla təkbətək görüşlər keçirərək meyarlar üzrə fikir və təcrübələrini paylaşıblar.

Qeyd edək ki, proqrama uyğun olaraq növbəti görüşün Qazaxıstanda keçirilməsi planlaşdırılıb.

Binə qəsəbə stadionunda süni ot örtüyü dəyişdirilir

"Lerik"ə bir cəza da AFFA-dan

“Araz-Naxçıvan”da 2 yeni transfer

Qurban Qurbanovun mətbuat konfransının vaxtı bəlli olub

Elçin Məmmədov "Fənərbaxça" - "Mançester Yunayted" matçına təyinat alıb

Избранный
7
13
apasport.az

10Источники