RU

Türkiyədə oynayan koreyalı futbolçu həbs oluna bilər

“Alanyaspor”un futbolçusu Hvan Ui Conun başı çox ciddi bəladadı.

32 yaşlı koreyalı futbolçunun bir qadınla olan cinsi əlaqəsinin videoları ölkəsinin sosial şəbəkələrində və bəzi saytlarında yayılıb. Həmin xanım isə videoların onun icazəsi olmadan paylaşılması üzündən təcrübəli futbolçunu məhkəməyə verib. Bu qalmaqalın ardından Hvan Ui Co Koreya yığmasından kənarlaşdırılıb.

Amma belə görünür, onu daha ciddi cəzalar gözləyir. Srağagün bu prosesdə məhkəmənin ilk iclası keçirilib. Dövlət ittihamçısı futbolçunun dördillik həbs cəzasına məhkum edilməsini istəyib. Hvan ilk vaxtlar ona yönələnn iddiaları rədd etsə də, məhkəmədə günahını etiraf edib. Hətta bu addımına görə həmin xanımdan üzr istəyib. Amma üzrü şikayətçi tərəfindən qəbul edilməyib. Hvan qabaqdangəlmişlik edərək cinsi əlaqənin icazəsiz videoya çəkilməsinə görə əvvəlcə həmin qadını günahlandırmışdı. Amma polisin araşdırmasından sonra videonun məhz futbolçu tərəfindən çəkildiyi üzə çıxdı. Hvanın videonun yayılmasında əli yoxdu.

Qəribə səslənsə də, bunu onun baldızı edibmiş. Məlum olub ki, futbolçunun baldızı ilə həmin xanım arasında ədavət olub. Bu üzdən baldız intiqam məqsədilə əlinə düşən seks videolarını yayıb. Məhkəmə buna görə futbolçunun adı açıqlanmayan baldızına 3 il həbs cəzası verib. Hvanın özünə hansı cəzanın veriləcəyi bilinmir.

Qeyd edək ki, daha öncə ”Qamba Osaka”, “Bordo”, “Olimpiakos”, “Seul”, “Nottingem Forest” və “Norviç Siti”də top qovmuş vinger Türkiyəyə ötən mövsüm gəlmişdi. O ikinci dövrədə “Alanyaspor”da icarə əsasında çıxış etmiş və oyunu ilə diqqət çəkməyi bacarmışdı. Bu azdən “Alanyaspor” bu yay onu daimi əsasda heyətinə qatmışdı. Hvan Ui Co 2024/25-də superliqada 3 oyuna çıxaraq 2 qol vurub.

Избранный
9
football-plus.az

1Источники