RU

Keçmiş prezident saxlanıldı

Albaniyanın keçmiş prezidenti İlir Meta saxlanılıb.

Publika.az xəbər verir ki, eks-prezident Korrupsiya və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Xüsusi Prokurorluğun qərarı ilə saxlanılıb.

Prokurorluq onun əmlakı ilə bağlı araşdırma aparıb. O, əmlakı gizlətməkdə, korrupsiyada və "çirkli pullar"ın yuyulmasında şübhəli bilinir.

İ.Meta iyunun ortalarında ailəsinin əmlakı ilə bağlı xüsusi prokurorluğun müstəntiqlərinə ifadə verərək heç vaxt maliyyə məsələləri ilə məşğul olmadığını bildirmişdi.

Избранный
2
17
publika.az

10Источники