RU

Britaniyada 100-dən çox daşqın xəbərdarlığı verilib

Bakı. Trend:

Böyük Britaniyada Eşli qasırğası bəzi bölgələri təsir altınaalıb, nəticədə 100-dən çox daşqın xəbərdarlığı edilib.

Trend xəbər verir ki,İngiltərədə, o cümlədən, Cənubi Kornuol sahillərində və Severn çayıboyunca yerləşən bir çox bölgələrdə 45 daşqın xəbərdarlığı(daşqının gözlənildiyi yerlər) qüvvədədir.

Severn çayı öz məcrasından çıxdığı üçün Uster şəhərini subasıb.

Böyük Britaniyada daşqın riski yüksək olan daha 96 bölgə gecəərzində yüksək həyəcan vəziyyətində saxlanılıb. Şotlandiyada isəƏtraf Mühit və Daşqın Agentliyi tərəfindən 47 daşqın xəbərdarlığıverilib, Uelsdə isə 8 xəbərdarlıq elan olunub. İrlandiyada onminlərlə ev bazar günü axşam elektrik enerjisiz qalıb. Mövsümün ilkqasırğası gün ərzində 53 minə qədər ev təsərrüfatını elektrikenerjisiz qoyub.

Eşli qasırğası həftəsonu nəqliyyat sistemində də xaosa səbəbolub. Belfast, Edinburq və Qlazqo daxil olmaqla, bir sıra havalimanlarında onlarla uçuş ləğv edilib və ya yönləndirilib. Dəmiryolu şəbəkəsinin bəzi hissələrində dağıntılar və kökündən çıxmışağaclar ciddoki fəsadlar yaradıb.

Избранный
12
41
az.trend.az

10Источники