RU

''Arsenal''ın üzvü futbolu sevməməyinə aydınlıq gətirdi

''Arsenal''ın müdafiəçisi Ben Uayt artıq karyerasını başa vuran qapıçı Ben Fosterə verdiyi müsahibədə yenə futbola olan ''sevgisindən'' danışıb.

Uayt bir neçə il öncə verdiyi açıqlamada futbolu sevmədiyini demiş və onun sözləri böyük müzakirələrə səbəb olmuşdu. 27 yaşlı sağ müdafiəçi bunları deyib:

''Futbola nifrət edirəmmi? Xeyr, belə deyil. Başa düşürəm ki, o dönəmdə verdiyim açıqlama hay-küyə səbəb oldu. Mən sadəcə futbolu izləmədiyimi demək istəmişdim. Futbola baxmaq mənim üçün önəmli deyil. Çünki oyunlar, məşqlər, taktiki videoları izlədiyimiz anlar onsuz da çoxdu. Bütün bunlar insanı yorur. Ona görə də evə qayıtdıqdan sonra sadəcə bütün bunları unutmaq istəyirəm. Mənim itlərim demək olar, həyatda mənim hər şeyimdi. Ona görə də gəlin, futboldan danışmayaq. Mən evə qayıtdıqdan sonra heç atam, anam da mənə futbolla bağlı sual vermir. Evdə elə mənzərə yaranır ki, sanki futbol mənim işim deyil. Mənim futbolu sevmədiyimi iddia edənlər yanlış düşünür. Dediyim kimi mən sadəcə futbol izləməyi sevmirəm

Hərçənd futbolu izləməsəm də, hər dəfə üz-üzə gəldiyim vingerlər haqda çoxlu danışa, onların özəlliklərini sadalaya bilərəm. Sağ müdafiəçi mövqeyində oynayaraq hər mövsüm bir çox güclü sol vingerlərlə qarşılaşmalı oluram. Demək olar, hər komandada güclü vingerlər var''.


ƏLİ
Избранный
16
football-plus.az

1Источники