Oktyabrın 24-də Bəhreynin paytaxtı Manamada Gimnaziada İdman Oyunları start götürəcək.
Apasport.az xəbər verir ki, məktəblilərin iştirak etdiyi oyunlarda Azərbaycan şahmatçıları da çıxış edəcək.
Gimnaziada İdman Oyunlarında Azərbaycan şahmatçılarından Paşam Əlizadə, Rüstəm Rüstəmov, Yunis Mahmudzadə, Tunar Davudov, Dinara Hüseynova, Lalə Hüseynova, Nurtən Nuriyeva, Məryəm Ağaverdiyeva, Nərmin Abdinova və Səadət Bəşirli mübarizə aparacaq.
Gimnaziadada şahmat yarışları 25-29 oktyabr tarixlərində keçiriləcək. Azərbaycan şahmatçıları Bəhreynə oktyabrın 23-də yola düşəcək.
Şahmatın 2 növü üzrə Azərbaycan çempionatı keçiriləcək
FİDE: Məmmədyarov geriləyib, Rəcəbov isə mövqeyini qoruyub
Vüqar Həşimov Memorialının iştirakçıları üçün Şuşada tur təşkil edilib
Vüqar Həşimov memorialının qalibi bəlli oldu
Bu gün Vüqar Həşimov Memorialına yekun vurulacaq